AZ

Azər Həşimov tənqidləri cavabladı: “Bu, bəhanə deyil”

“Karvan”ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxı şəhər stadionunda baş tutmuş oyununda Yevlax təmsilçisi 2:3 hesabı ilə məğlub olub.

Azər Həşimov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə hesabda üstün idik. Rəqib hesabı bərabərləşdirəndən sonra əks-hücumda daha bir qol vurub yenə önə keçdik. 5-ci oyundur ki, standart vəziyyətdən qol buraxırıq. Deyirlər ki, Azər Həşimov standart vəziyyətləri bəhanə edir. Bəhanə deyil. Oyun haqda danışırıqsa, bunu vurğulamalıyıq. Futbolçulara daha diqqətli olmağı tapşırmışdıq. Məşqçi meydana çıxıb futbolçunun yerinə müdafiə olunmalı deyil. Nə qədər çalışırıq, bunun öhdəsindən gələ bilmirik. Gələcəkdə daha da məsuliyyətli olacağıq. Jurnalistlərdən xahiş edirəm ki, diqqətli olsunlar. Deyirlər ki, Azər Həşimov futbolçuların kölgəsində qalır. Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm. 5 əvəzetmə olmuşdu, orada anlaşılmazlıq oldu. Araz Abdullayevi meydana buraxmaq istəyəndə dedim ki, 5 əvəzetmə olub, Arazı meydana buraxsaq, texniki məğlubiyyət ala bilərik. Bizim mehriban kollektivimiz var. Yeni yaranmış komandayıq. Problemlərimiz olurdu, yaxşı məşq edə bilmirdik. Artıq öz meydanımızda məşq edirik. Bunun nəticəsidir ki, son iki matçda yaxşı oyun göstəririk. Sadəcə, nəticəyə görə məyusuq. Oyundan razı qaldım, amma nəticədən yox. Gələcəkdə bundan da dinamik komanda görəcəksiniz.

Hansı mövqedə çatışmazlıqlar varsa, həftə ərzində onun üzərində işləyirik. Rəqibin boşluqlarını da təhlil edirik. Ancaq futbolçunun əvəzinə meydana çıxıb, müdafiə oluna bilmərik. Bu problem keyfiyyətlə bağlıdır”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
39
49
arena.az

10Mənbələr