AZ

Fərid Nəbiyev “100”ə çatdı - ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 10-cu turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/2017-ci illər mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. Nəbiyev “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol), “Qəbələ”də 1 matça çıxıb.

Fərid Nəbiyev ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirmiş 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
16
35
arena.az

10Mənbələr