AZ

İkinci Liqa: “Dinamo” “Araz Saatlı”nı 4 qolla məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Şəki” – “Göygöl” matçında qapılara qol vurulmayıb. “Quba” – “Şirvan” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Dinamo” isə “Araz Saatlı” ilə ev oyununda darmadağına sevinib.

7-ci turun görüşləri noyabrın 4-də keçiriləcək.

İkinci Liqa
7-ci tur

3 noyabr

“Quba” – “Şirvan” 1:1
Qollar: İmran Azaxov, 45 – Elariz Xəlilli, 20.
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Sadiq Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəki” – “Göygöl” 0:0
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Rekord Arena”, 14:00.

“Dinamo” – “Araz Saatlı” 4:1
Qollar: Fizuli Dəmirov, 19. Valeh Seyidov, 28. Yadigar Qarayev, 62. Amil Nurəhmədov, 82 – Hacı Rüstəmov, 75.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:30.

4 noyabr

“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Niyaz Əhmədov, Elmin Süleymanov, Əkbər Əliyev, Rasim Musayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Ağstafa şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Ruslan Məmmədov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Xankəndi” – “Şəmkir”
Hakimlər: Sənan Bayramzadə, Safalı Ağayev, Tural Bayramov, Kamran Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi” Futbol Mərkəzi, 14:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
33
15
arena.az

10Mənbələr