“Barselona”nın 18 yaşlı ulduz hücumçusu Lamin Yamal, argentinalı repçi və müğənni Niki Nikol ilə eşq münasibətinə xitam verdiyini açıqlayıb.
Arena.az gənc futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Biz daha birlikdə deyilik. Sadəcə münasibətimiz başa çatıb, bitdi”, deyə Lamin Yamal vurğulayıb.
İspaniya mətbuatının yazdığına görə, bu ayrılıq Yamalın Nikola xəyanətindən sonra gerçəkləşib. Amma Niki Nikol bunu təkzib edib. O, sosial şəbəkə hesabında ayrılıqla bağlı iddialara dair bunları yazıb:
“Təsdiqləyə bilərəm ki, Lamindən heç bir xəyanət olmayıb. Əgər mən bunun qurbanı olsaydım, bunu əvvəllər etdiyim kimi açıq şəkildə deyərdim”.
Xatırladaq ki, Niki Nikol həm də “Barselona” azarkeşidir. O, Kataloniya təmsilçisinin əksər oyunlarında “Barsa” forması ilə tribunalarda yer alırdı. İndi Yamaldan ayrılandan sonra onun yenə “Barselona”nın oyunlarını ziyarət edib-etməyəcəyi maraq doğurur.


.jpg?auto=webp&format=pjpg&width=3840&quality=60)





