AZ

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü artıb

İlin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 52 milyon dollar, əsaslı xərclər isə təxminən 21 milyon dollar olub.

Teleqraf BP Azerbaijan-a istinadən xəbər verir ki, hesabat dövründə CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.

Xatırladaq ki, bu ilin birinci yarısındaCənubi Qafqaz Boru Kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Seçilən
37
3
teleqraf.com

5Mənbələr