Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə xərclər təqribən 73 mln. ABŞ dolları səviyyəsində olub, bu da ötən ilin göstəricisinə bərabərdir.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə CQBK üzrə əməliyyat xərcləri təqribən 52 milyon dollar (13,3% azalma), əsaslı xərclər isə təxminən 21 milyon dollar (61,5% artım) olub.
Qeyd olunur, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
"İlin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub", - hesabatda qeyd olunur.
"Cebheinfo.az"