ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 noyabr, AZƏRTAC
Cari ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 52 milyon dollar, əsaslı xərclər isə təxminən 21 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,33 faiz azalma və 1,6 dəfə artım deməkdir.
AZƏRTAC bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub ki, bu da ötən ilin eyni dövründən 1,4 milyon kubmetr çoxdur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), NİKO (10 faiz).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.