AZ

Təyyarə qəzasında həlak olan hərbçilərin nəşi bu gün Türkiyəyə gətiriləcək

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində həlak olan hərbçilərin nəşi bu gün Türkiyəyə gətiriləcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu bərədə TRT məlumat yayıb.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
40
apa.az

10Mənbələr