Alyansın baş katibi bildirib ki, “Bu məsələ ilə bağlı intensiv əlaqə saxlayırıq və əlbəttə ki, indi araşdırmanın nəticələrini gözləməliyik”.
Bir müddət əvvəl Polşanın baş naziri Donald Tusk Varşava-Lyublin dəmir yolunda baş verən sabotajı təsdiqləyib.
O, partlayıcı qurğunun partlamasının relslərin dağılmasına səbəb olduğunu bildirib.
Tezliklə Tusk bunu Polşa dövlətinin və vətəndaşlarının təhlükəsizliyinə qarşı "misli görünməmiş sabotaj aktı" elan edərək, məsul şəxsləri tutub cəzalandıracağını vəd edib.
O, zədələnmiş dəmir yolu xəttinin Ukraynaya yardım çatdırılması üçün vacib olduğunu qeyd edib.
Əli Babayev