AZ

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

BAKI, 18 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməni qəbul etməsini alqışlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında paylaşım edib.

ABŞ lideri bu qərarı “tarixi hadisə” adlandırıb.

“Bütün dünyanı BMT Təhlükəsizlik Şurasının bir neçə dəqiqə əvvəl baş tutan inanılmaz səsverməsi münasibətilə təbrik edirəm. Bu səsvermə sülh şurasını tanıdı və təsdiqlədi”, - Tramp bildirib.

O, qəbul edilmiş qətnamənin BMT tarixində ən önəmli qərarlardan biri olacağını, qlobal sabitliyin möhkəmlənməsinə ciddi töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin təqdim etdiyi Qəzza ilə bağlı qətnamə layihəsi səsvermədə 13 lehinə səslə qəbul edilib.

Seçilən
164
50
teleqraf.com

10Mənbələr