AZ

BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 17 noyabr, AZƏRTAC

“Qəzzada iki illik müharibədən sonra nəhayət ki, irəliyə doğru bir yol var”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri BMT Baş katibi Antonio Quterreş “Nüvə və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq zonasının yaradılması üzrə konfrans”ın altıncı sessiyasına videomüraciətdə deyib.

O, bildirib ki, hazırda bu irəliləyişdən istifadə etməyin vaxtıdır. Quterreş bütün tərəfləri öhdəliklərini yerinə yetirməyə, atəşkəsi davamlı sülhə çevirməyə çağırıb.

“Mən bölgədəki bütün dövlətləri Yaxın Şərqi bütün kütləvi qırğın silahlarından azad zonaya çevirməyə və beynəlxalq ictimaiyyəti tam dəstək verməyə çağırıram. Yaxın Şərq xalqı sabitliyə və sülhə layiqdir”, - deyə Quterreş əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
219
50
azertag.az

10Mənbələr