Vaşinqton, 18 noyabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasında ABŞ Prezidenti Donald Trampın Qəzza üçün sülh planını dəstəkləyən qətnamə layihəsi üzrə səsvermə keçirilir. AZƏRTAC-ın məlumatına görə, ABŞ tərəfindən təqdim edilən mətndə İsrail və Misirlə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi və orada keçid idarəetməsinin qurulması üçün mandatın verilməsi qeyd olunur.
15 üzvün iştirakı ilə keçiriləcək səsvermədə layihənin təsdiqlənməsi üçün azı 9 səs verilməli və daimi üzvlərin veto qoyması ilə üzləşməməlidir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton