AZ

Qazaxıstan konteyner daşımalarını artırmaq üçün Azərbaycandan iki gəmi alacaq

Qazaxıstanın Kurık limanında çoxfunksiyalı Sarja terminalının tikintisi davam edir. Bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bu gün keçirilən hökumət iclasında bildirib.

Onun sözlərinə görə, 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan 700 konteyner tutumuna malik iki gəminin alınması planlaşdırılır.

"Limanlara aparan dəmir yolu xəttinin tutumunun artırılması üçün də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətini 30 milyon tona çatdıracaq", - Nurlan Sauranbayev qeyd edib.

Seçilən
15
4
vergiler.az

6Mənbələr