Astana, 25 noyabr, AZƏRTAC
Kurık limanında çoxfunksiyalı “Sarja” terminalının tikintisi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bu gün keçirilən hökumət iclasında bildirib.
“2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan iki 700 konteynerli gəminin alınması planlaşdırılır. Limanları birləşdirən dəmir yolu xəttinin tutumunun artırılması üzərində də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətini 30 milyon tona çatdırmağa imkan verəcək”, - deyə Nurlan Sauranbayev əlavə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana