AZ

Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq

Qazaxıstan Azərbaycandan iki konteyner gəmisi alacaq.

Avtosfer.az-ın Caspianlife.kz-ə istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev hökumət iclasında açıqlama verib.

O, iclasda sərhədyanı qovşaqların nəqliyyat infrastrukturu ilə təmin edilməsi ilə bağlı danışıb.

Qazaxıstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, "Xəzər düyünü" çərçivəsində Aktau və Kurık dəniz limanlarının modernləşdirilməsi üzrə işlər tam sürətlə davam edir. İlin axırına qədər Aktau limanında "Lyanyunqan" Çin şirkəti ilə birgə konteyner qovşağının tikintisinin birinci mərhələsi başa çatacaq. Həmçinin Aktauda liman sularının dibinin dərinləşdirilməsi və körpülərin modernləşdirilməsi layihələri də reallaşdırılır.

"Kurık limanında "Sarja" çoxfunksiyalı terminalının tikintisi layihəsi həyata keçirilir. 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan 700 konteyner tutumuna malik iki gəminin alınması planlaşdırılır. Həmçinin limanlara aparan dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması üzərində də işlər görülür. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətinin 30 milyon tona çatdırılmasına kömək edəcək", - deyə Nurlan Sauranbayev əlavə edib.

Seçilən
23
4
avtosfer.az

6Mənbələr