AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsinin 2025/2026-cı illər mövsümünün 3-cü turu çərçivəsində keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 26-da Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

⇧
