AZ

U-19 millimiz Strumitsada Sloveniyaya məğlub oldu – ARENA.AZ

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer almış millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qarşılaşmanı Maltadan olan baş hakim idarə edib. “Kukus” stadionunda keçirilmiş görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 millimiz qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi
B Liqa, 5-ci qrup
25 noyabr

Sloveniya – Azərbaycan 2:0
Baş hakim: Yoanna Vassallo (Malta).
Baş hakimin köməkçiləri: Edyena Kapciu (Albaniya), Angela Domazetovska (Şimali Makedoniya).
Dördüncü hakim: Angela Rayçevska (Şimali Makedoniya).
Strumitsa. “Kukus” stadionu.

Seçilən
0
4
arena.az

10Mənbələr