AZ

Premyer Liqa: 2025/26 mövsümündə yeni tamaşaçı rekordları – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün yeni tamaşaçı rekordları qeydə alınıb.

Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 12-ci turuna təsadüf edib.

“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş matçda 9100 izləyici qeydə alınıb.

Bu qarşılaşmaya qədər mövsümün rekordu 10-cu turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 seyrçi olmuşdu.

12-ci turun ilk gününün Yevlax şəhər stadionunda keçirilmiş “Karvan” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun arxada qalan matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq, mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu 10-cu turda yaşanmışdı.

Seçilən
4
9
arena.az

10Mənbələr