AZ

Tramp daha bir münaqişəni BİTİRDİ: Tərəflər sülh sazişi imzaladılar - VİDEO

ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedi və Ruandanın prezidenti Pol Kaqame iki ölkə arasında sülh sazişi imzalayıblar.

Paralel.az xəbər verir ki , mərasim Vaşinqtondakı Sülh İnstitutunda baş tutub. Tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.
 

Tramp bildirib ki, saziş daimi atəşkəs, qeyri-dövlət silahlı qüvvələrinin tərksilah edilməsi, qaçqınların öz evlərinə qayıtması və “qanunsuz cinayətlərə” qarışan bütün şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.


“Bu gün imzaladığımız sənəd Vaşinqton sazişləri kimi tanınacaq. Hamı bu adı bəyəndi”, - deyə Tramp bildirib.  Saziş KDR-in şərqindəki döyüş əməliyyatlarına son qoyur.


Seçilən
63
2
paralel.az

10Mənbələr