AZ

AFFA “Neftçi” klubunu azarkeşlərinin davranışına görə cərimələyib

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinin davranışına görə cərimələyib.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının 14-cü turunun “Sabah”la səfər görüşündə “Neftçi”nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.

İdman.Biz

Məqalədə:
Seçilən
25
11
idman.biz

10Mənbələr