AZ

AFFA “Neftçi”ni cərimələdi KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinin davranışına görə cərimələyib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə 2000 manat, həmin oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə 5000 manat cərimə edilib.

Eyni zamanda Misli Premyer Liqasının XIV turunun “Sabah”la səfər görüşündə “Neftçi”nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
4
konkret.az

10Mənbələr