AFFA İntizam Komitəsi "Neftçi"ni azarkeşlərinin davranışına görə cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul edilib.
Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la səfər görüşündə "Neftçi"nin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə klub 5000 manat cərimələnib.