AZ

AFFA bır sıra klubları cəzalandırdı

AFFA İntizam Komitəsi klublara cəza və cərimələr tətbiq edib.

 

Bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Kubokunun 1/8 finalında və Misli Premyer Liqasının 14-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

 

Azərbaycan Kubokunda 1/8 finalın "İmişli" - "Sabah" oyununda "İmişli" komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilib.

 

Azərbaycan Kubokunda 1/8 finalın "İmişli" - "Sabah" oyununda "Sabah" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5 000 manat cərimə edilib.

 

Azərbaycan Kubokunda 1/8 finalın "Qarabağ" - "Karvan-Yevlax" oyununda "Karvan-Yevlax" komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

 

Azərbaycan Kubokunda 1/8 finalın "Difai" - "Sumqayıt" oyununun 83-cü dəqiqəsində "Difai" komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.

 

Azərbaycan Kubokunda 1/8 finalın "Araz-Naxçıvan" - "Kəpəz" oyununda "Kəpəz" komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" komandası 700 manat cərimə edilib.

 

Misli Premyer Liqasının "Sumqayıt" - "İmişli" oyununun 90+13-cü dəqiqəsində "Sumqayıt" komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyun cəzalandırılıb, klub 1 000 manat cərimə edilib. Oyunda "İmişli" komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Tarix: 10 Dekabr 2025, 14:22   
Seçilən
27
11
pravda.az

10Mənbələr