AZ

Rusiya Türkiyənin nəqliyyat gəmisinə zərbə endirib...

...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, cümə günü Rusiya Ukraynanın Odessa bölgəsindəki iki əsas dəniz limanına - Odessa limanına və Qara dəniz limanına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Çornomorskda baş verən atəş nəticəsində mülki gəmi zədələnib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin görüntülərinə görə, Rusiya zərbəsi CENK T yükdaşıyan gəmisini hədəf alıb.

Reuters mənbələri onun Türkiyə şirkətinə məxsus olduğunu düşünür.

Bu, ehtimal ki, Cenk Shipping RoRo-dur.

Zərbədən sonra gəmi alov içində qalıb.

“Krımski Veter”in sözlərinə görə, Rusiya qüvvələri Ukrayna limanlarına İsgəndər-M raketləri ilə hücum edib.

Kanal həmçinin Krımdan Şahed dronlarının buraxılışını da xəbər verib.

The Insider-in nəzərdən keçirdiyi gəmi izləmə məlumatlarına görə, Çornomorskda hücuma məruz qalan yükdaşıyan gəmi Panama bayrağı daşıyır və müntəzəm olaraq Türkiyə- Ukrayna limanları arasında üzür.

Zərbədən əvvəl CENK T Türkiyənin Karasu şəhərindən Rumıniyanın Sulina limanına gedirdi.

Gəmi dizel, benzin və qaz generatorları və elektrik stansiyaları istehsal edən Türkiyənin əsas şirkəti olan AKSA-dan konteynerlər daşıyırdı.

Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba özünün Telegram kanalında bildirib ki, Çornomorskda türk gəmisinə hücumla yanaşı, Rusiya Odessa limanındakı konteyner yükləmə-boşaltma müəssisəsinə də zərbə endirib.

Onun sözlərinə görə, hücum zamanı özəl şirkətin işçisi yaralanıb.

Rusiya Türkiyə gəmisinə və Odessa limanlarına zərbə endirib, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aşqabadda Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda Putinlə görüşdüyü gün…

Anadolu-nun məlumatına görə, Türkiyə lideri Rusiya və Ukraynanı enerji obyektlərinə və limanlarına hücumları məhdudlaşdırmağa çağırıb.

Əli Babayev

Seçilən
64
32
sia.az

10Mənbələr