Türkiyəyə məxsus gəmi Qara dənizdə raketlə vurulub.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ukraynanın Odessa limanına edilən hücumda bir türk şirkətinə məxsus xarici bayraq altında üzən gəmi zərər görüb.
Məlumata görə, “Cenk Ro Ro" adlı gəminin vurulma anı yaxınlıqdakı türklər tərəfindən görüntülənib.
Türkiyə Xarici işlər nazirliyi Rusiyanın vurduğu gəminin zədələndiyini, lakin hər hansı bir vətəndaşın zərər görmədyini açıqlayıb.
Billurə