AZ

Gəncədə üzərinə avtomobil düşən şəxs öldü

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb.

Hakimiyyet.az -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Seçilən
13
9
hakimiyyet.az

10Mənbələr