AZ

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.

Hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.
Seçilən
13
13
7news.az

10Mənbələr