Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb. SİA xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov "VAZ-21011" markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.