ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə 72 yaşlı kişi maşının altında qaldı.Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin S. Qazıyev küçəsində qeydə alınıb.
Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb.
Nəticədə avtomobil onun üzərinə düşüb. 72 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.