Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 14-cü tur çərçivəsində “Paykan”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdən qələbə ilə ayrılıblar – 2:1. Təbrizlilərin qələbə qollarını Əmirhüseyn Hüseynzadə (10) və Mahdi Haşemnecad (74) vurublar.
“Traktor” cari mövsümdə qazandığı 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 13 oyunda 5 qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Şəms Azər Qəzvin” ilə qarşılaşacaq. Bu oyun dekabrın 27-də səfərdə baş tutacaq. Bundan öncə isə təbrizliləri İran Kubokunda “Persepolis”lə (18 dekabr) və Asiya Çempionlar Liqasında Qətər “Əl-Dühail”i ilə (22 dekabr) oyunlar gözləyir.
