AZ

La Liqa: “Real” “Alaves”ə səfərdə qalib gəldi – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.

Əslində, bu gün dörd oyun keçirilməli idi. Lakin “Levante” – “Vilyarreal” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub. Qarşılaşmanın yeni tarixi və vaxtı açıqlanmayıb.

Baş tutan oyunlara gəlincə, “Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” isə “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşmış Madrid “Real”ı da turu qələbə ilə başa vurub.

Tura dekabrın 15-də keçiriləcək “Rayo Valyekano” – “Betis” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
16-cı tur
12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

00:00. Rayo Valyekano – Betis

Seçilən
28
5
arena.az

10Mənbələr