Şri-Lankanın məruz qaldığı "Ditva" qasırğası son bir neçə həftə ərzində adada azı 643 nəfərin ölümünə səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi məlumat yayıb.
"İndiyə olan məlumata görə, ölkədə müşahidə olunan pis hava şəraiti səbəbilə həlak olanların sayı 643-ə çatıb", - Mərkəzdən bildirilib.
Məlumatda o da vurğulab ki, daha 184 nəfər itkin düşmüş hesab olunur.
"Ditva" tropik siklonu Şri-Lankada subasma və dağıntılara da səbəb olub. Adanın bütün 25 vilayəti və iki milyona yaxın insan ziyan görüb.