AZ

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365.4 milyon manat sığorta haqqı toplanılıb.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844.8 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 21,7% çoxdur.

Qeyd edək ki, 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

"Cebheinfo.az"

Seçilən
17
17
cebheinfo.az

10Mənbələr