Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 1 milyard 34,015 milyon manat sığorta haqqı toplanılıb.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 713,142 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 25,5 % çoxdur.
Beləliklə, 11 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 69 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 62,3 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.
"Cebheinfo.az"