AZ

Könüllü sığorta bazarı 13 %-dən çox böyüyüb

2025-ci ilin yanvar-noyabrında Azərbaycanda könüllü sığorta növləri hesabına 1 milyard 34,015 milyon manat sığorta haqqı toplanılıb, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 713,142 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 25,5 % çoxdur.

Beləliklə, 11 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 69 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 62,3 manat olub.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

Aytac

Seçilən
15
4
anews.az

10Mənbələr