AZ

“Rusiya Azərbaycan vasitəsilə Ermənistana çatdırılan malların çeşidini genişləndirmək imkanını nəzərdən keçirir” - Overçuk

“Rusiya Azərbaycan vasitəsilə Ermənistana çatdırılan malların çeşidini genişləndirmək imkanını nəzərdən keçirir”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Rossiya 24" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, taxılla yanaşı, gübrə tədarükü, eləcə də Ermənistandan Rusiyaya geri yük daşınmasının təşkili müzakirə olunur.

"Möhtəşəm bir hadisə baş verdi, biz bunu həqiqətən əhəmiyyətli hesab edirik: Rusiya taxılının yükləndiyi ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana keçdi. Yəni, 30 ildən çox müddətdə Ermənistan və Azərbaycanın müstəqil mövcudluğu dövründə ilk dəfə olaraq taxılla yüklənmiş ilk qatar keçdi", - deyə siyasətçi bildirib.

Overçuk qeyd edib ki, hazırda bu nəqliyyat dəhlizindən mineral gübrələr də daxil olmaqla digər növ yüklərin daşınması üçün istifadə imkanları hazırlanır.

O həmçinin xatırladıb ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları ilə yüklənmiş dəmir yolu qatarı göndərilib. Paralel olaraq, Moskva və İrəvan Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə əks istiqamətdə tranzit daşımalarının təşkili perspektivini müzakirə edirlər.

Overçuk əlavə edib ki, bu cür addımlar yaxın vaxtlara qədər mümkün görünmürdü, lakin indi onlar praktiki məzmun kəsb etməyə başlayır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
2
missiya.az

10Mənbələr