AZ

Rusiya Azərbaycan vasitəsilə Ermənistana daha bir mal göndərəcək

Rusiya Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınması ilə yanaşı, gübrə tədarükü imkanlarını da müzakirə edir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Mühüm bir hadisə baş verib və biz bunu həqiqətən əhəmiyyətli hesab edirik: Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstandan Ermənistana keçib. Bu, 30 ildən çox müddətdə - Ermənistan və Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə taxıl daşıyan qatarın keçməsidir. Daha sonra Qazaxıstan taxılı keçib. Biz həmçinin bu xətti gübrə kimi digər növ yüklərlə yükləmək imkanlarını müzakirə edirik", - Overçuk "Rossiya 24" televiziya kanalında bildirib.

O, həmçinin qeyd edib ki, neft məhsulları daşıyan qatar bu yaxınlarda Azərbaycandan Ermənistana gedib. Moskva və İrəvan əks istiqamətdə də yük göndərmək imkanlarını müzakirə edirlər.

"Biz həmçinin Ermənistandan Rusiyaya Azərbaycan vasitəsilə geri göndərilmənin təmin edilməsini müzakirə edirik. Bunların hamısı son vaxtlar mümkün görünməyən hadisələrdir", - Overçuk qeyd edib.

Seçilən
30
9
modern.az

10Mənbələr