Rusiya Azərbaycan vasitəsilə Ermənistana göndərilən malların çeşidini genişləndirməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "Rossiya 24" televiziya kanalında bildirib.
O bildirib ki, taxılla yanaşı, gübrə tədarükü, eləcə də Ermənistandan Rusiyaya yüklərin geri yüklənməsinin təşkili müzakirə olunur.
"Möhtəşəm bir hadisə baş verdi və biz bunu həqiqətən əhəmiyyətli hesab edirik: Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatdı. Bu, 30 ildən çox müddətdə ilk dəfə taxıl daşıyan qatarın keçməsidir", - deyə Overçuk bildirib.
Hazırda Baş nazirin müavininin dəqiqləşdirdiyi kimi, bu nəqliyyat dəhlizindən mineral gübrələr də daxil olmaqla digər növ yüklərin daşınması üçün istifadə imkanları araşdırılır.