AZ

Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə telefonla danışıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı 16 oktyabrdan bəri ilk və ilin əvvəlindən bəri doqquzuncudur.

ABŞ prezidenti Donald Tramp da öz “Truth” hesabında rusiyalı həmkarı Vladimir Putinlə yaxşı və çox məhsuldar telefon danışığı apardığını bildirib.

"Mən indicə Rusiya prezidenti Vladimir Putinlə yaxşı və çox məhsuldar telefon danışığı apardım", -Tramp yazıb.

Məlumat üçün bildirək ki, Putin və Tramp arasındakı telefon danışığı Trampın 28 dekabr saat 13:00-da keçirilməsi planlaşdırılan Volodimir Zelenski ilə görüşündən əvvəl baş tutub.

Seçilən
28
50
apa.az

10Mənbələr