AZ

Putin və Tramp nə danışıb?

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin prezidenti Donald Trampla telefon danışığı aparıb. Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, söhbət zamanı Ukrayna münaqişəsi və mümkün tənzimləmə yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Danışıq zamanı Putin Trampın xüsusi yaradılan işçi qruplar çərçivəsində Ukrayna üzrə tənzimləmə işlərinin davam etdirilməsi təklifini qəbul edib. Bildirilib ki, Ukrayna ilə bağlı işçi qrupların parametrləri yanvarın əvvəlində açıqlanacaq.Donald Tramp müharibənin mümkün qədər tez başa çatdırılmasının vacibliyini vurğulayıb. Tərəflər müvəqqəti atəşkəsin Ukraynada münaqişənin uzanmasına səbəb ola biləcəyi barədə oxşar mövqedən çıxış ediblər.Məlumata görə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl Ukrayna tənzimləməsini müzakirə etmək üçün Putinlə əlaqə saxlayıb. Tərəflər Zelenski ilə görüşün nəticələrindən sonra yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər.Uşakovun sözlərinə görə, Kiyevin cəbhədə yaranmış vəziyyəti nəzərə alaraq Donbas məsələsində “tələsik etmədən” qərar qəbul etməsi daha məntiqli hesab olunur. Tramp Ukrayna münaqişəsinin onun üçün ən çətin məsələlərdən biri olduğunu da etiraf edib.ABŞ-ın prezidenti razılaşmalara çıxış perspektivləri ilə bağlı Rusiyanın qiymətləndirmələrini diqqətlə dinləyib. Qeyd olunub ki, telefon danışığı Trampın təşəbbüsü ilə təşkil edilib.Putin döyüşlərin tam dayandırılması üçün Kiyevin məsuliyyətli qərar verməsinin vacibliyini vurğulayıb və söhbət zamanı Ankoricdə əldə olunmuş anlaşmalara əsaslanmağın önəmini qeyd edib. Tramp isə Ukrayna münaqişəsi başa çatacağı təqdirdə ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin yarana biləcəyini bildirib.

Danışıq zamanı tərəflər bir-birlərini Yeni il münasibətilə təbrik edib, Rusiya və ABŞ xalqlarına xoşbəxtlik arzulayıblar. Telefon danışığı 1 saat 15 dəqiqə davam edib və dostluq, mehriban, eyni zamanda işgüzar xarakter daşıyıb.

Seçilən
79
50
metbuat.az

10Mənbələr