AZ

Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə çox məhsuldar telefon danışığı keçirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.

Trampın sözlərinə görə, söhbət Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl baş tutub. O əlavə edib ki, Zelenski ilə görüş Floridadakı Mar-a-Laqo iqamətgahında mətbuatın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin telefon danışığını Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Rusiya və ABŞ Prezidentləri arasında telefon danışığı iki ay yarımdan sonra ilk və ilin əvvəlindən bəri doqquzuncu olub.

Seçilən
44
50
redaktor.az

10Mənbələr