AZ

Trampın Putinlə telefon danışığı Kiyevdə narahatlıq yaratdı

ABŞ prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı Ukrayna rəsmiləri arasında narahatlığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Kiyevdə Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşünün mümkün tonu ilə bağlı ciddi narahatlıq ifadə olunur. Nəşrin yazdığına görə, ABŞ və Rusiya liderləri arasında baş tutan son telefon danışığı danışıqlar üçün əlverişsiz fon yaradıb.

Ukrayna tərəfinin mövqeyi ilə tanış olan Financial Times-ın iki mənbəsi bildirib ki, bu əlaqə qarşıdan gələn görüşə mənfi təsir göstərə bilər.

“Bu, ən yaxşı fon deyil. İndi danışıqlar çətin olacaq”, – deyə Ukrayna prezidentinə yaxın mənbələrdən biri qeyd edib.

Seçilən
67
50
nocomment.az

10Mənbələr