Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Milan" müdafiə xəttini gücləndirmək məqsədilə "Bayern Münhen"in mərkəz müdafiəçisi Kim Min-Je üçün danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubu cənublu koreyalı futbolçunu satınalma opsiyonu ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
"Gazzetta dello Sport"un yaydığı məlumata görə, hazırda ən böyük maneə futbolçunun yüksək maaşı və "Milan"ın büdcə limitləridir.
Klub rəhbərliyi müdafiəçini transfer siyahısının ilk pilləsinə yerləşdirib. Tərəflər arasında maliyyə şərtləri ilə bağlı müzakirələr davam edir. Yaxın günlərdə transferin taleyi bəlli olacaq.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.