AZ

Kalyari prezidenti Semih Kılıçsoy üçün nələr dedi? Hələ anlaşmamışıq

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Kalyari''nin heyətində son iki turda fərqlənməklə diqqətləri üzərinə çəkən Semih Kılıçsoy ''Milan''la oyunda (0:1) bu seriyanı davam etdirə bilmədi. "Football-plus.az" xəbər verir ki, start heyətində meydana çıxan türkiyəli futbolçu 83 dəqiqə oynamaq şansı qazandı. Xatırladaq ki, 20 yaşlı vinger müqavilə ilə ''Beşiktaş''a məxsusdu. İtaliya klubu onu yayda daimi əsasda transfer etmək üçün İstanbul nəhənginə 12 milyon avro ödəməlidi. Bu arada ''Kalyari''nin prezidenti Tommazo Culini ''Milan''la oyunun ardından Semih Kılıçsoy barədə yeni açıqlamalar verib. O, hələ ki, ''Beşiktaş''la anlaşmadıqlarını etiraf edib:

''Əslində Semihi uzun müddətdi, təqib edirdik. Karyerasının əvvəli çox ümidverici idi. Onun daimi transferi baxımından ''Beşiktaş'' ilə aramızda hələlik heç bir anlaşma yoxdu. Ötən mövsümü Türkiyədə yaxşı keçirmədi və yayda onu heyətimizə cəlb etmək fürsəti yarandı. Bu keçid meneceri sayəsində baş tutdu. Açığı, onun transfer məbləği ''Kalyari'' standartlarına görə bir qədər yüksəkdi. ''Beşiktaş'' ötən yay onu bizə daimi əsasda satmaq istəmədi. Vinçentso Montella da Türkiyə yığması üçün onu ciddi şəkildə təqib edir. Kılıçsoy tədricən bizim üçün önəmli futbolçuya çevrilə bilər''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
120
50
icma.az

10Mənbələr