AZ

Ancelina Coli malikanəsini satmaq qərarına gəlib: Fantastik qiymət

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

50 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Coli yeni bir başlanğıc üçün Hollivuddan ayrılmağa hazırlaşır.

Oxu.Az "Page Six"ə istinadən xəbər verir ki, kino ulduzu öz malikanəsini 25 milyon dollara satışa çıxarıb.

Məlumata görə, Coli 2016-cı ildən bəri bu malikanədə yaşayır. O, aktyor Bred Pittdən boşandıqdan sonra orada məskunlaşıb.

Colinin yaxınları aktrisanın bundan sonra ABŞ-dən kənarda, məsələn Avropada yaşaya biləcəyini qeyd edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
6
oxu.az

9Mənbələr