AZ

Ancelina Coli malikanəsini fantastik qiymətə satır

Yazını böyüt
Yazını kiçilt

50 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Coli yeni bir başlanğıc üçün Hollivuddan ayrılmağa hazırlaşır.

Hafta.az xəbər verir ki, bu barədə "Page Six" yazır. Bildirilir ki, kino ulduzu öz malikanəsini 25 milyon dollara satışa çıxarıb.

Məlumata görə, Coli 2016-cı ildən bəri bu malikanədə yaşayır. O, aktyor Bred Pittdən boşandıqdan sonra orada məskunlaşıb.

Colinin yaxınları aktrisanın bundan sonra ABŞ-dən kənarda, məsələn Avropada yaşaya biləcəyini qeyd edirlər.

Ancelina

Seçilən
56
4
hafta.az

9Mənbələr