50 yaşlı amerikalı aktrisa və rejissor Ancelina Coli yeni bir başlanğıc üçün Hollivuddan ayrılmağa hazırlaşır.
Kino ulduzu öz malikanəsini 25 milyon dollara satışa çıxarıb.
Məlumata görə, Coli 2016-cı ildən bəri bu malikanədə yaşayır. O, aktyor Bred Pittdən boşandıqdan sonra orada məskunlaşıb.
Colinin yaxınları aktrisanın bundan sonra ABŞ-dən kənarda, məsələn Avropada yaşaya biləcəyini qeyd edirlər. /Oxu.az/
