AZ

Sabah Boyan Letiçlə yollarını ayırdı RƏSMİ

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Boyan Letiç 2022-ci ilin fevralından "Sabah"ın üzvü idi. O, "bayquşlar"ın heyətində ümumilikdə 125 oyun keçirib.

Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir.

Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
15
fanat.az

10Mənbələr