AZ

“Sabah” avrokuboklarda ilk qolunun müəllifi ilə yollarını ayırıb

Bakı. Trend:

“Sabah” müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

Trend-in klubaistinadən məlumatına görə, futbolçu ilə müqaviləyə qarşılıqlırazılıq əsasında xitam verilib.

Boyan Letiç 2022-ci ilin fevralından “Sabah”ın üzvü idi. O,klubun heyətində ümumilikdə 125 oyun keçirib.

Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır.33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmişikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilkqolunun müəllifidir.

Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürüncmedallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Seçilən
81
1
az.trend.az

10Mənbələr