AZ

"Sabah" bosniyalı futbolçu ilə müqaviləsinə xitamVERDİ

"Sabah" FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

Redaktor.az kluba istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Boyan Letiç 2022-ci ilin fevral ayından "Sabah"ın üzvü idi. O, komandamızın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandamızın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub. Boyan Letiçə klubumuza xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq", - deyə məlumatda bildirilib.

Seçilən
114
10
redaktor.az

10Mənbələr